“Azərbaycan-tolerantlıq məkanı” FOTO

“Azərbaycan-tolerantlıq məkanı” FOTO

İsrailin Neşer şəhərində "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi keçirilir. SİA-nın məlumatına görə, sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

Ölkənin şimalında, Hayfa şəhəri yaxınlığında yerləşən Neşerdə Azərbaycan mənşəli 150 insan yaşayır. Azİz-in rəhbərliyi məqsədli şəkildə bu fotosərgi üçün digər yerlərdən gəlmiş yəhudi icmalarının sayca çox olduğu şəhərləri seçir. Təşkilatın nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman hesab edir ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur. O, isə diqqətə çatdırıb: "Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edir. Neşerdəki sərgi də maraqla qarşılanır. Ziyarətçilər Azərbaycanda əsrlərdən bəri mövcud olan məscid, kilsə və sinaqoq rəsmlərinə maraqla baxırlar".

Fotosərginin açılışında İsrailin miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan deputat Qeorqiy Qerşkoviç və digərləri çıxış ediblər.

Sonra "Azərbaycan – israilli jurnalistlərin gözü ilə" sənədli filmi nümayiş etdirilmiş və tədbir Qafqaz musiqiçilərinin ifasında konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə