Almaniya Universitetinin nümayəndə heyəti Bakıya gələcək

Almaniya Universitetinin nümayəndə heyəti Bakıya gələcək

Berlin Weissensee İncəsənət Universitetinin rektoru xanım Leonie Baumann, "Berlin-Bakı" Qalereyasının direktoru İbrahim Ehrari, professorlar Johannis Brunner, Schefer Albrect Sebastian və onun xanımı Stamer Antje aprelin 8-dən 13-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) səfərdə olacaqlar. SİA-nın məlumatına görə, Almaniya nümayəndə heyətinin səfərinin məqsədi iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalamaq, sərgilər, simpoziumlar təşkil etmək və tələbə-müəllim mübadiləsini həyata keçirməkdir.

Qeyd edək ki, aprelin 10-da səfər çərçivəsində iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə