Azərbaycan İctimai-Siyasi Universitetində Novruz bayramı qeyd edilib
Azərbaycan İctimai-Siyasi Universitetində (AİSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AİSU-nun rektoru, professor Rasim Nəbiyev, müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbirdə Universitetin rektoru Rasim Nəbiyev çıxış edərək iştirakçıları xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib: "Artıq ölkəmizdə baharın nəfəsi duyulmaqdadır. Xalqımız özünəməxsus çoxəsrlik tarixə və zəngin ənənələrə malik Novruz bayramını müxtəlif mərasim, ayin, etiqad, oyun və şənliklərlə qeyd edir, çərşənbələri yüksək bayram əhval-ruhiyyəsi ilə keçiririk. Həmçinin Novruz ümumxalq bayramı kimi ölkəmizdə böyük coşqu, şən əhval-ruhiyyə, bütün rəngarəngliyi ilə hamıya xoş ovqat bəxş edir. Novruz qədim adət-ənənələri ilə birgə qorunub saxlanılır. Novruz bayramı müstəqillik qazanıldıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd edilməyə başlanmış və 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib".
Şənlikdə bayram süfrələrini Novruzun bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri bəzəyib.
Qeyd edək ki, Novruz şənliyi bədii proqramla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB