Əməkdar artisti Könül Xasıyeva solo konsert verməyə hazırlaşır. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib: "Dekabr ayında 2 gün konsert proqramı ilə çıxış edəcəm. Konsertim "Qayıt nə olar" adlanır. Konsert Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Burada mən muğamlarla yanaşı, xalq mahnılarımızı da səsləndirəcəm. Konsertin təşkilatçısı isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzidir".
Qeyd edək ki, konsert 28 dekabr saat 19:00, 29 dekabr saat 22:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 10-60 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB