Miladi: 20 noyabr 2013
Hicri: 16 Məhərrəm 1435
İlin 324-cü günü
İlin sonuna 41 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06:19
Günəş - 07:32
Zöhr - 12:30
Əsr - 15:23
Məğrib – 17:36
İşa – 18:55
284 — Roma imperatoru Diokletian dünyaya gəlib.
1889 — Amerikalı astronom Edvin Habbl dünyaya gəlib.
1910 — Rus yazıçısı Lev Tolstoy vəfat edib.
1917 — Ukrayna Respublikası elan edilib.
1922 — Lozanna Konfransı işə başlamışdır.
1943 — İstanbul Texniki Universiteti açılıb.
1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürenberq prosesi" başlayıb. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.
1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilib.
1957 — Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olub.
1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul edib.
1962 — Karib böhranı tam olaraq başa çatıb.
1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
1975 — İspan generalı Franko vəfat edib.
1979 — Xəstələrə ilk dəfə süni qan köçürülüb.
1985 — Microsoft Windows 1.0. təqdim edilib.
1990 — Sovet seriya qatili, manyak Andrey Çikatilo həbs edilib.
1991 — Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan Mİ-8 vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulub. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşüb.
1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatıb. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb.
2000 — Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə "Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi" adlı bənd daxil edilməsi qərara alınmışdır. Bir digər qərarla, Monitorinq Qrupu ("AQO" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilib.
2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olmuş, 450-dən çox insan yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB