IV Malatya Beynəlxalq Film Festivalı keçirilir

IV Malatya Beynəlxalq Film Festivalı keçirilir

5-21 noyabr tarixində Türkiyənin Malatya şəhərində IV Malatya Beynəlxalq Film Festivalı keçirilir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycandan da bir sıra kino xadimlərinin qatıldığı festival çərçivəsində Azərbaycan filmləri proqramı nümayiş olunacaq.

Nəzərərinizə çatdıraq ki, proqramda Ramiz Həsənoğlunun "Sübhün səfiri", Şamil Əliyevin "Çölçü", Tofiq İsmayılovun "Bizim küçənin oğlanları", Elçin Musaoğlunun "40-cı qapı", Elvin Adıgözəlin "Buqələmun" filmləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə