Prezident İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam verib. SİA-nın verdiyi xəbərə görə, sərəncamda indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri ilə sübuta yetirilib ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti ilə birlikdə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB