Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyində məşhur Azərbaycan rəssamı Rasim Babayevin rəssamlıq və qrafika əsərlərindən ibarət sərgi açılacaq. SİA-nın verdiyi xəbərə görə, ekspozisiyada mərhum rəssamın 60-dək əl işi nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, sərgi üçün rəssamın əsərlərinin illisturasiyalarının, xatirələrinin və onun yaradıcılığına həsr olunmuş məlumatların əks olunduğu kataloq hazırlanıb. Onu da deyək ki, Rasim Babayevin əsərləri Azərbaycanın, Fransanın, Rusiyanın məşhur muzeylərində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.
Qeyd edək ki, sərgi oktyabrın 22-dən noyabrın 10-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB