F.M.Dostoyevskinin əsəri əsasında eyni adlı "Karamazov qardaşları" tamaşasının premyerası keçiriləcək. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, baş rollarda Mabut Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları yer alıblar.
Nəzərinizə çatdıraq ki, baletmeystr Azərbaycanın əməkdar artisti Aleksandar Nikuşina, kostyum üzrə rəssam Tatyana Melnikova, musiqi Vladimir Neverov, tamaşanın quruluşçu-rejissoru isə əməkdar incəsənət xadimi İranə Tağızadədir.
Qeyd edək ki, "Karamazov qardaşları" tamaşası oktyabrın 25-i saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB