Hər kəsin səbirsizliklə gözlədiyi gün nəhayət, gəlib çatdı. SİA-nın verdiyi xəbərə görə, uzun müddətdir anonsu yayılan "Sənə inanıram" serialının yayımlanacağı tarix bəlli olub. Baş rollarda Ruslan Sabirli, Rafael Dadaşov, Şəfəq Əliyeva, Şəlalə Şahvələdqızı, Tamilla Həmidova, Nuriyyə Əhmədova, Çinarə Hüseynova, Minarə Allahverdiyeva və başqaları yer alıb.
Nəzərinizə çatdıraq ki, serial Varisin eyniadlı əsəri əsasında çəkilib. Sözügedən serialın quruluşçu rejissoru isə Sain Qəhrəmandır.
Qeyd edək ki, "Sənə inanıram" serialının ilk bölümü oktyabrın 14-ü saat 22:40-da Xəzər televiziyasında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB