Rasim Balayev: "90 ildə Azərbaycan kinosunun uğurlu və uğursuz filmləri olub" SORĞU

Rasim Balayev: "90 ildə Azərbaycan kinosunun uğurlu və uğursuz filmləri olub" SORĞU

Bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olub. Məhşur simaların təəssüratlarını SİA oxucularına təqdim edrik:

Xalq artisti Rasim Balayev: "Bu kino üçün bir o qədər də böyük yaş deyil. 90 ildə Azərbaycan kinosunun uğurlu və uğursuz filmləri olub. Çətinliklər olsa da, Azərbaycan kinosu müəyyən yol keçib. Ancaq mən belə düşünürəm ki, bir neçə illərdən sonra Azərbaycan film kinostudiyası tamaşaçıların rəğbətini qazanacq və tamaşaçıların istədiyi kimi kinolar təqdim etməyi bacaracaqlar".

Rejissor, ssenarist, kinoşünas, pedaqoq Ayaz Salayev: "53 yaşına çatandan sonra bildim ki, bu mənim də bayramımdır. Çünki kinostudiyanın divarları elə bir məkandır ki, həyatımın ən böyük arzuları orada reallaşıb. Kino ilə məşğul olan adamlar gözəl anlayırlar ki, bu sənəti heç nəyə dəyişmək olmaz. Nə qədər təmtəraqlı səslənsə də, həqiqətən belədir. Mənim şəxsi həyatımı, övladlarımı kənara qoysaq öz yaradıcılığım və digər bütün arzularım, gələcəyə aid planlarım bu divarlarla bağlıdır. Ona görə də bu mənim də bayramımdır".

Aktyor, naşir Bəhram Bağırzadə: "Bildiyimiz kimi kinostudiyanın 90 illiyidir. Bunun 20 ili mənim çiynimdədir. 1993-cü ildə tanınmış rejissor Fikrət Əliyev tərəfindən bu sahəyə dəvət olunmuşam. 2001-ci ildə "Yuxu" filminə çəkilmişəm. Bu günə qədər də kino sahəsində fəaliyyət göstərirəm. Hazırda da çəkilişdən gəlirəm. Dövlətimiz şərait yaradır ki, kinolar, filmlər çəkilisin və biz aktyorlar da öz məharətimizi göstərək".

Əməkdar artist Dilarə Əliyeva: "Təbii ki, bu bizim üçün çox xoş gündür. Kino işçilərinin bayramı hamının bayramı hesab olunur. Biz də az çox bu işin içində olan adam kimi bizim üçün ikiqat bayramdır. Hamıya daha gözəl və baxımlı filmlər arzulayıram".

Əməkdar artist Nahidə Orucova: "Mən belə fikirləşirəm ki, bu 90 ildə kifayət qədər filmlər ekranlaşdırılıb. Əminəm ki, qarşıdan gələn illərdə bu filmlərdən də gözəl kinolar çəkiləcək. İndi kinostudiya təmirdədir. Səbirsizliklə onun açılışını gözləyirik. Son illər dövlətin kinoya göstərdiyi qayğı da danılmazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə