"Güllələnmə təxirə salınır", "Sonuncu dərviş" və bir sıra bədii filmlərin, eləcə də onlarca sənədli filmin rejissoru Ələkbər Muradov dünyasını dəyişib. SİA-nın məlumatına görə, əməkdar incəsənət xadimi dünən gecə saatlarında vəfat edib.
Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunda, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 40-dan çox filmdə rejissor, operator olub.
"Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddət Lider TV-də və İctimai TV-də işləyib.
Allah rəhmət etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB