Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi növbəti premyeranı təqdim edib. SİA-nın məlumatına görə, teatr bu dəfə məktəbliləri məşhur rus yazıçısı A.Tolstoyun "Qızıl açar, yaxud Buratinonun macəraları" əsəri əsasında eyniadlı tamaşa ilə sevindirib.
Tamaşanın quruluşçu rejissoru İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliç (Xorvatiya), baletmeysteri Raulya Türkan və geyim üzrə rəssamı isə Aynur Məmmədovadır.
Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanan və sonra da itən qızıl açarını əldə etmək üçün Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra – sehirli aləmə qədəm qoyurlar.
Əsas rolları Gənc Tamaşaçılar Teatrının aktyorları Elşən Çarhanlı (Karabas Barabas), Roza İbadova, Asya Atakişiyeva (Buratino), Seyidşah Məmmədov (Karlo), Gülbəniz Mustafayeva, Günel Məmmədova (Malvina), Səfa Mehdi, Anar Seyfullaev (Pyero), Zümrüd Quliyeva, Fatimə Əliyeva (Artemon), Anar Səfiyev (I Arlekin), Vahid Orucoğlu (II Arlekin), Manaf Dadaşov (Duremar), Zülfiyyə Alhüseynova (Alisa), Elşən Hacıbabayev, Rəşad Səfərov (Bazilio), Vüqar Məmmədəliyev, Ramil Məmmədov (Şuşara), Şəfəq Əliyeva, Almaz Mustafayeva (Tortilla), Natiq Fərzəliyev (Polis rəisi) və başqaları ifa ediblər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB