Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda xalq artisti, "Şöhrət" Ordenli, tanınmış bəstəkar Faiq Sücəddinovun yaradıcılığına həsr olunan müəllif konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdən əvvəl çıxış edən bəstəkar bildirib ki, bu gün çox həyəcanlıdır: "Müəllif konserti vermək olduqca məsuliyyətli işdir. Bügünkü konsertdə yaradıcılığımdan bir neçə ifaları pianinoda çalacam. Konsertimə gələn hər kəsə də minnətdarlığımı bildirirəm".

Məlumat üçün bildirək ki, proqramda bəstəkarın fortepiano və kamera-vokal əsərləri ifa edilib. Əsərləri sırasına "Vətən balladası", "Portret", "Vals", "Payız çağı", "Xəzərin ləpələri", "İthaf" və başqa ifalar aid idi.

Qeyd edək ki, bəstəkarın müəllif konsertində xalq artisti Eldar Quliyev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Fazil Mustafa və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə