Həsən bəy Zərdabinin ev-muzeyi yenidən qurulur

Həsən bəy Zərdabinin ev-muzeyi yenidən qurulur

Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi, böyük maarifpərvər Həsən bəy Zərdabinin Zərdab şəhərindəki ev-muzeyində əsaslı təmir və bədii tərtibat işlərinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirlyindən SİA-ya verilən məlumata görə, yenidənqurma işləri Prezident İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" (2012-ci il 4 iyun) və "Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında" (2012-ci il 19 iyul) sərəncamlarına əsasən aparılır.

Əsaslı təmir və bədii tərtibat işlərini nazirlik tərəfindən ayrılmış ixtisaslaşmış briqada görür. Muzey, həmçinin zəruri avadanlıqla təchiz olunacaq, ekspozisiyalarla zənginləşdiriləcək, ərazi abadlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə