“Bu nominasiyaya layiq görülməyimin əsas səbəbi..."

Tural Bakuvi “İlin bəstəkarı”, Rəmal Rəsul isə “İlin müğənnisi” adına layiq görülüblər
“Bu nominasiyaya layiq görülməyimin əsas səbəbi..."

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı bəstəkar Tural Bakuvi və müğənni Rəmal Rəsulu mükafatlandırıb. SİA-nın məlumatına görə, T.Bakuvi "İlin bəstəkarı", R. Rəsul isə "İlin müğənnisi" nominasiyasına layiq görülüblər.

Tural Bakuvi mükafata layiq görülməsini xalq artisti Flora Kərimova ilə olan işbirliyinə və uğurlu instrumental kompozisiyalarla əlaqələndirib. T.Bakuvinin sözlərinə görə, onun əsərləri tamaşaçı auditoriyası tərəfindən sevilir: "2012-ci ildə Flora xanıma təqdim edilən mahnılar Rəmal Rəsulla duet şəklində olub. Xüsusilə "Bağışla" adlı mahnımız, sözü və musiqisi mənə aiddir, etno-rok üslubunda, qısa müddət ərzində çox sevildi".

Bütün xəbərlər Facebook səhifəmizdə