Bu gün Akademik Milli Dram Teatrında Həsən Həsənovun "Brüsseldən məktublar" əsəri əsasında hazırladığı "Qürbətdən gələn məktublar" tamaşasının premyerası keçiriləcək. SİA-nın məlumatına görə, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru xaq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Janrı iki hissəli dram kimi təyin olunmuş səhnə əsərində xalq Artistləri İlham Əsgərov (Mirzə Fətəli), Laləzar Mustafayeva (Tubu xanım), Hacı İsmayılov (Bencamin Qastino), əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva (Firəngiz və Fransuaza), Əjdər Həmidov (Nəcəf), Kazım Abdullayev (Qriqor Orbeliani), Sabir Məmmədov (Bencamin Qastino), aktyorlar Elnar Qarayev (Rəşid), Şəhla Əliqızı (Firəngiz və Fransuaza) və Elçin Əhmədov (Patrik) ifa edirlər.
Qeyd edək ki, tamaşanın xronometrajı 120 dəqiqədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB