Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinov fonoqram oxuyan müğənniləri tənqid edib. SİA-nın məlumatına görə, dünən vokal ifaçısı Lətifənin mətbuat konfransına qatılan bəstəkar onun mükəmməl səs imkanları ilə tanış olduqdan sonra oxuya bilməyən müğənniləri qınadı.
Jurnalistlərin qarşısına nadir hallarda çıxdığını dilə gətirən F.Sücəddinov qəzəbləndiyini gizlətmədi: "Təbii olaraq mən hər zaman canlı ifanın tərəfdarı olmuşam. İndi fonoqram vasitəsi ilə camaatı aldadırlar. Onlar ancaq müxtəlif fırıldaqçılıqla məşğuldular. Səsyazma studiyasına 50 manat ödəyib, səslərinin olduğunu iddia edirlər. Çox təəssüf edirəm ki, musiqimizdə belə hallar baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB