Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən Quba 2012-cü ildə respublikamızın "Sənətkarlıq Paytaxtı" elan edilib. Proqram çərçivəsində həyata keçirilən növbəti tədbirdə Quba sənətkarları unudulmaqda olan sənət növlərini yenidən inkişaf etdirməyə zərurət yarandığını bildiriblər.
Tarixi mənbələr göstərir ki, 18-ci əsrdən etibarən Quba sənətkarlıq və ticarət mərkəzi kimi formalaşaraq Azərbaycanın ayrı-ayrı əyalətləri, Rusiyanın bir çox şəhərləri və Avropa ölkələri ilə sıx ticarət əlaqələri saxlayıb. Burada xeyli sayda xalçaçılıq və dulusçiluq emalatxanaları olub. Quba xalçaçılıq məktəbi bütün dünyada şöhrət qazanıb. Quba sənətkarlarının əl işləri bu gün də böyük maraqla qarşılanır. Amma təəsssüf ki, son illərdə tətbiqi xalq sənətinə, bu sənətin nadir növlərinə maraq göstərənlərin sayı bir qədər azalıb. Elə Mədəniyyətr və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi layihənin əsas məqsədi də məhz tətbiqi xalq sənətinin daha da inkişaf etdirilməsi, Azərbaycan sənətkarlarının yaratdığı nadir incilərin beynəlxalq aləmdə tanıdılmasıdır. Bu məqsədlə də Quba 2012-ci il üçün respublikamızın Sənətkarlıq Paytaxtı elan olunub.
Qubalı sənətkar da unudulmaqda olan sənət növlərinin yenidən inkişaf etdirilməsinə, xüsusilə də toxuculuq sahəsindəki ənənələrin bərpa edilməsinə ehtiyac yarandığını bildirirlər. Son vaxtlar ərzində Qubada hazırlanan toxuma və tikmə məhsulları əsasən qədim Quba sənətkarlıq məktəbinin ənənələrinə əsaslanır.
Sənətkarlığın inkişafına dəstək məqsədilə Mədəniyyət və Turizm Nazirliyininh təşəbbüsü ilə "Azərbaycan xalq yaradıcılığının inkişafında Quba sənətkarlıq məktəbinin yeri" mövzusunda rayonda dəyirmi masa keçiriılib, müzakirələr aparılıb. Qədim sənət növlərini yaşadan sənətkarlar, bu sahənin inkişafına mənəvi dəstək olan media nümayəndələri təltif olunub.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB