ABŞ-ın Nyu-York şəhərinin sakinləri dünyada ən bahalı tablolardan birini görə biləcək. SİA-nın məlumatına görə, Norveç rəssamı Edvard Munkun 1895-ci ildə çəkdiyi "Çığırtı" əsəri ilk dəfə sərgilənəcək.
Oslodakı muzeydə saxlanılan rəsm əsərinin maraqlı tarixçəsi də var. Edvard Munk bu əsəri kətan üzərinə köçürdüyü vaxt 32 yaşı var idi. Həmin vaxt incəsənət nümunəsini tanışlarından biri satın almaq istəyib. Lakin rəssam bu əsəri özünə saxlayaraq dostu üçün onun oxşarını çəkib. Əsərin bənzəri may ayında hərracda 120 milyon dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB