Xalq artisti xəbəri təkzib etdi

Dünən bir çox saytlar aktyor Fəxrəddin Manafovun yüksək məbləğ qarşılığında Türkiyədə seriala çəkildiyi və həmçinin onun xəstələndiyi barədə informasiya yayıb.

Bu gün isə bununla bağlı aktyor açıqlama yayıb. SİA-nın xəbərinə görə, Fəxrəddin Manafov belə xəbərlərin yayılmasından çox pis olduğunu bildirib və xəbərlərə aydınlıq gətirib: "Mən sağ-salamatam, səhhətim də çox yaxşıdır. Öz işimlə, sənətimlə məşğulam. Mətbuatda düzgün olmayan informasiyanın yayılması heç də xoş deyil. Türk serialına çəkilmək xəbəri də yalandır. Belə bir şey yoxdur".

Qeyd edək ki, ötən gün gedən məlumata görə, xalq artisti "Mahmud və Məryəm" filminə çəkildikdən sonra türkiyəli prodüsserlərin marağına səbəb olub. Aktyora Türkiyənin məşhur telekanallarının birində yayımlanan serialdan təklif gəlib. F.Manafov olduqca yüksək məbləğdə qonararla bu təklifi qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə