Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Alıyevin "Səstv"-yə müsahibəsi:
- Prezident İlham Əliyevin Azərbaycan respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət proqramının icrası Azərbaycanda turizmin inkişafına hansı imkanlar və yeniliklər gətirib?
- Qeyd edim ki, müstəqillik qazandığımız dövrdə Ulu öndər Heydər Əliyev turizmin inkişafına çox böyük dəstək göstərdi və hal-hazırda da bu proses cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam edir. Əvvələr Azərbaycan yalnız gözəl təbiəti ilə fərqlənirdisə indi həm də gözəl otelləri, yeməkxana tipli müəssisələri ilə də fəqlənir. 2010-2014-cü illər turizmin inkişafı ilə bağlı Dövlət proqramına əsasən Azərbaycanda bir çox işlər görülüb. Buna misal olaraq, yeni tipli yeməkxana və yeməkxana tipli müəssisələrin fəaliyyətə başlaması, bir il ərzində 6 ədəd 5 ulduzlu otelin təmir olunub təhvil verilməsini, "Hilton" otelinin ölkəmizdə tikilib istifadəyə verilməsini göstərə bilərik. Bu inkişaf təkcə paytaxtda deyil, regionlarımızda da davam edir. Turizm sahəsində çalışan insanlara dəstək olaraq 2011-ci il turizm ili elan olunub. 2002-ci ilən etibarən hər il turizm sərgisi təşkil edilir. Bu sərgilər keçirilərkən dünyanın bir çox ölkələrindən turizm sahəsində çalışan insanlar bura gəlir. İnanıram ki, bu proqram çərçivəsində daha da böyük layihələrə imza atacağıq. Hal-hazırda "Şahdağ" turizm mərkəzi yaradılıb və orada yay-qış turizmi haqqında söhbətlər gedir. Bu regionda analoqu olmayan bir pyoyektdir. Prezident İlham Əliyev daima buradakı işlərlə maraqlanır və özü şəxsən iştirak edir.
- Turizm sektorunun Azərbaycan iqtisadiyyatındakı payını necə qiymətləndirmək olar?
- Turizm Azərbaycan iqtisadiyyatına çox böyük təsir edir. Məsələn, Türkiyədə büdcənin yarısını turizm sahəsindən gələn gəlirlər təşkil edir. Azərbaycanda musiqi yarışmasının, güləş üzrə dünya çempionatının, hal-hazırda isə 17 yaşlı qızlardan ibarət futbol üzrə dünya çempionatının keçirilməsi iqtisadiyyata çox böyük təsir edir. 2010-cu ilə 2 milyona yaxın turist Azərbaycana gəlib. 2012-ci il ərzində 2 milyon 250 mindən də artıq turistin ölkəmizə gəlişi gözlənilir. Bir məqamı qeyd edim ki, Azərbaycana gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi belə turistlərin sayını daha da artırır.
- Ramiz müəllim, bildiyiniz kimi bugün Turizm günüdür. Bəs,Turizm sahəsində nə kimi problemlər var və bu istiqamətdə hansı addımlar atılır?
- İş olan hər yerdə problemlər olur. Təbii ki, turizm sahəsində də müəyyən problemlər olur. Əvvəllər bu sahədə olan ən böyük problem xidmət problemi idi. Amma Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə Turizm institutu yaradıldı. Bundan başqa turizm kollecləri, turizm peşə liseylərinin olması bu problemin tədricən aradan qalxmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB