70-ci ilə möhtəşəm hazırlıq

Görkəmli azərbaycanlı müğənni, əfsanəvi ifaçı Müslüm Maqomayevin 70 illik yubileyi Rusiyada təntənəli şəkildə qeyd olunur. SİA-nın xəbərinə görə, Rusiyanın birinci kanalında "Müslüm Maqomayev. Qar üzərində ürək" sənədli filminin premyerası keçiriləcək. Telekanalda, həmçinin əfsanəvi ifaçıya həsr olunmuş "Respublikanın var-dövləti" verilişi yayımlanacaq.

Qeyd edək ki, veriliş avqustun 17-də sənətkarın doğum günündə, Moskva vaxtı ilə saat 21:30-da, film isə saat 23:00-da efirə veriləcək. Tamaşaçılar filmin təkrarını avqustun 18-də Moskva vaxtı ilə saat 10:55-də izləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə