Türk filminin təkrarolunmaz aktyoru Kemal Sunalın bu gün ölümündən 12 il keçir. SİA-nın məlumatına görə, Kemal Sunal türk filmlərinin komik qəhrəmanlarından biri olub. Aktyor yaratdığı Şaban obrazı ilə tamaşaçılar tərəfindən sevilib. 1944-cü ildə anadan olan sənətkar aktyorluq fəaliyyətində 82 filmdə rol alıb. Trabzona getmək üçün təyyarəyə minən Kemal Sunal elə orada da ürək sıxıntısından 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum sənətkarın oğlu Ali Sunalın Türkiyə mətbuatına verdiyi məlumata görə, aktyorun ölüm gününü onlar indiyə kimi yad etməyiblər. \"Biz atamın ölümündən sonra onun ancaq doğum gününü qeyd etmişik. Çünki onun ölümü ilə hələ da barışa bilmirik. Şabanın 12 ildir dünyasını dəyişməsinə baxmayaraq, atam hələ də sevilir"-deyən Ali tamaşaçıların Kemal Sunalı həmişə gülərüzlə xatırladıqlarını da bildirib. A.Sunalın dediyinə görə, onlar "Kemal Sunalın ölüm ildönümü" ifadəsini belə dilə gətirmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB