İstiqlal Muzeyində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Bu gün İstiqlal Muzeyində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan muzeyin elmi- ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova qonaqları mövzu ilə tanış edib. O bildirib ki, hər bir xalqın tarixində yadda qalan, unudulmayan günlər olur: "15 iyun Azərbaycanın tarixinə şərəfli təqvim kimi daxil olub və çox haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi bayram edirik. Azərbaycanımızın bu gününün yadda qalan hadisəsi ulu öndərin öz xilaskarlıq missiyasına başlaması ilə bağlıdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetinin sədri seçildi. Bu, ölkənin tarixində yeni bir mərhələnin başlanğıcı oldu".

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə isə çıxışında qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixinin önəmi, əhəmiyyəti hər birimizə aydındır: "Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın çiçəklənməsi dövrü başladı".

Mərasimdə həmçinin Heydər Əliyevə həsr olunan film də nümayiş olunub.

Tədbirdə Hərb- tarix muzeyinin, Gənc Turizm Diyarşünaslıq Mərkəzinin əməkdaşları, Prezident Qvardiyasının, Daxil Qoşunların əsgərləri də çıxış ediblər.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar ümummilli liderin fəaliyyətini özündə əks etdirən muzey ekspozisiyası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...