\"Bu, müsabiqədir, qalibiyyət də olmalıdır, məğlubiyyət də…\"
Martın əvvəllərində səs tellərindən əməliyyat olunan Xorvatiya təmsilçisi bunun Eurovision hazırlıqlarına heç bir təsir göstərməyəcəyini deyib. Hazırda o, \"Nebo\" adlı müsabiqə mahnısının remiksi üzərində işini başa çatdırıb. SİA-nın məlumatına görə, müğənni həmçinin mahnının iki dildə əlavə yeni versiyası üzərində çalışır. Müğənni Eurovision səhnəsindəki şou ilə bağlı hazırlıqlarını da dayandırmayıb.
Nina Badriçi \"Bakı Kristal Zalı\"nın səhnəsində 3 vokalçı və 2 rəqqas müşaiyət edəcək. \"Nebo\" - müğənninin 7-ci eyniadlı albomundan 4-cü mahnıdır. 4 dəqiqəlik mahnı müsabiqə üçün xüsusi aranjman edilərək, 3 dəqiqəyə çatdırılıb. Hələlik keçirdiyi əməliyyat səbəbi ilə özünü çox yormayan Xorvatiya təmsilçisi müsabiqədən sonra \"Nebo\" albomundakı digər mahnıları dinləyicilərə tanıtmaq məqsədilə silsilə səfərlər planlaşdırır.
Eurovision Mahnı Müsabiqəsinin nəticələrinə gəlincə, Nina Badriç özünü 3-cü yerdə görür. Onun proqnozuna görə, İsveç təmsilçisi Lorin birinci, Rusiyanın \"Buranovkiye babuşki\" ansamblı isə ikinci yerdə olacaq. \"Bu müsabiqədir. Burada qalibiyyət də olmalıdır, məğlubiyyət də…\" Nina Badriç belə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB