Səbinə Babayevanın tanıtım turunun tarixləri açıqlanıb

Səbinə Babayevanın tanıtım turunun tarixləri açıqlanıb

Azərbaycanın \"Eurovision 2012\" təmsilçisi Səbinə Babayevanın tanıtım turunun tarixi açıqlanıb. SİA-nın məlumatına görə, təmsilçimiz ilk olaraq Macarıstan, daha sonra Niderland və Böyük Britaniyaya səfər edəcək.


Səbinə Babayeva aprelin 6-7-də Budapeştdə tələbə forumunda iştirak edəcək və pərəstişkarları tərəfindən təşkil edilən bir neçə tədbirə qatılacaq. Təmsilçimiz Macarıstanı Eurovision 2012-də Macarıstanı \"Sound Of Our Hearts\" mahnısı ilə təmsil edəcək \"Compact Disco\" qrupu ilə görüşəcək. Eləcə də bir neçə televiziya şousunda iştirak edəcək.


Xatırladaq ki, aprelin 21-də isə Niderlandda Eurovision Mahnı Müsabiqəsindən əvvəl ən böyük promo hadisə - \"Eurovision in Concert\"in dördüncü konserti olacaq. Səbinə Babayeva bu konsertdə çıxış edəcək.


Daha sonra təmsilçimiz aprelin 29-da Londonda Eurovision əyləncə gecəsinə baş çəkməyi planlaşdırır. Böyük Britaniyada beşinci yubiley tədbir zamanı Səbinə \"When the Music Dies\" müsabiqə mahnısını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə