Milli Teatrın yaranmasının 139-cu ildönümü Sumqayıtda qeyd edildi

Milli Teatrın yaranmasının 139-cu ildönümü Sumqayıtda qeyd edildi

Təməli 1893-cü il mart ayının 10-da H.B.Zərdabinin təşkilatçılığı ilə qoyulan Azərbaycan Milli teatrı günü ölkənin müxtəlif şəhərlərində qeyd edilir. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram tearında da Milli Teatrın yaranmasının 139-cu il dönümü təntənəli şəkildə qeyd edilib.

SİA-nın verdiyi xəbərə görə, Kimya sənayesi işçiləri ilə görüş keçirən teatr truppası teatrın yarandığı gündən keçdiyi yola nəzər salaraq görülən işlərdən danışıb. Görüşün sonunda "Azərkimya istehsalat birliyi" Müşahidə Şurasının sədri Muxtar Babayev bir qrup teatr işçilərini, "Milli teatr günü" münasibəti ilə təbrik edərək onlara fəxri fərman və pul mukafatı təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə