İtaliyanın RAİ televiziyası və Universal Music şirkətinin birgə qərarı ilə ölkənin Eurovision 2012 təmsilçisi Nina Zillinin Bakı səhnəsində oxuyacağı mahnı dəyişdirilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənnini Sanremo festivalında qalib edən \"Per Sempre\" mahnısı \"L\'Amore È Femmina\" ilə əvəzlənib.
Qeyd edək ki, bu mahnı Nina Zillinin \"L\'Amore È Femmina\" (\"Love Is Female\") adlı albomunun ilk bəstəsidir. Mahnını Kristian Rabb, Kristoffer Sjokvist, Frida Molander və Çarlie Masonla birlikdə Nina Zilli özü yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB