Eurovision Mahnı Müsabiqəsinin İşçi qrupu şounun biletləri ilə bağlı məlumat yayıb
Son günlər "Facebook" və digər sosial şəbəkələrdə, eləcə də internet saytlarında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır.
"Eurovision-2012"-nin İşçi Qrupundan SİA-ya verilən məlumata görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək.
"Eurovision" Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır.
Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və Eurovision İşçi Qrupunun facebook və twitterdəki və rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB