Fəxriyyə Xələfova: \"Azərbaycanda keçiriləcək müsabiqə bütün Avropanı valeh edəcək\" - MÜNASİBƏT

Fəxriyyə Xələfova: \"Azərbaycanda keçiriləcək müsabiqə bütün Avropanı valeh edəcək\" - MÜNASİBƏT

\"Azərbaycanda keçiriləcək müsabiqə bütün Avropanı valeh edəcək\". Bunu SİA-ya açıqlamasında müsabiqənin münsifi, modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib.

"Bakı \"Eurovision 2012\"yə ev sahibliyini rəsmən qəbul etdi. Müsabiqəyə hazırlıqlar çox yüksək səviyyədə təşkil olunur. Hər zaman sual verilir ki, bu müsabiqədən nələr gözləyirəm. Onu qeyd edim ki, 3 ildən artıqdır ki, bu müsabiqənin münsiflər heyətində iştirak edirəm. Bu səbəbdən də müsabiqəni dəqiqliyi ilə izləyirəm. Heç bir xırdalığı belə gözdən yayındırmaq olmaz\", - deyə modelyer əlavə edib.

Azərbaycanda keçiriləcək müsabiqə bütün Avropanı valeh edəcək, deyən F.Xələfova qeyd edib ki, ölkəmiz günü-gündən inkişaf edir: \"Bu gözəllikləri görən Azərbaycana bir daha gəlmək istəyəcək. Bundan sonra ölkəmiz dillər əzbəri olan bir məkana çevriləcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə