"Eurovision-2012"də iştirak edəcək ölkələrin adı açıqlanıb - SİYAHI

"Eurovision-2012"də iştirak edəcək ölkələrin adı açıqlanıb - SİYAHI

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. Məlumata görə, bu ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin müsabiqədə son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da "Eurovision"da iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.


"Eurovision" mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduqlarını bildirib. "Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq".


"Eurovision 2012"də iştirak edəcək ölkələrin siyahısı.

1.Albaniya

2.Ermənistan

3.Avstriya

4.Azərbaycan

5.Belarus

6.Belçika

7.Bosniya və Herseqovina

8.Bolqarıstan

9.Xorvatiya

10.Kipr

11.Danimarka

12.Estoniya

13.Finlandiya

14.Fransa

15.Makedoniya

16.Gürcüstan

17.Almaniya

18.Yunanıstan

19.Macarıstan

20.İslandiya

21.İrlandiya

22.İsrail

23.İtaliya

24.Latviya

25.Litva

26.Malta

27.Moldova

28.Monteneqro

29.Niderland

30.Norveç

31.Portuqaliya

32.Rumıniya

33.Rusiya

34.San Marino

35.Serbiya

36.Slovakiya

37.Sloveniya

38.İspaniya

39.İsveç

40.İsveçrə

41.Türkiyə

42.Ukrayna

43.Böyük Britaniya


Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə