Danimarkanın “Eurovision-2012” təmsilçisinin seçimində azərbaycanlı mütəxəssis də iştirak edir
Danimarkanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi uğrunda mübarizə aparacaq finalçılar müəyyənləşib. SİA-nın escdaily.com-a istinadən verdiyi məlumata görə, finala 7 namizəd keçib. Danimarkanın milli seçimlərində münsif heyətinin tərkibində azərbaycanlı da olub.
Danimarkanın "Eurovision" müsabiqəsində təmsilçisi müəyyənləşdirmək üçün ənənəvi olaraq Dansk Melodi Grand Prix festival keçirilir. Bu il ölkənin milli finalı Olborq şəhərində keçiriləcək. Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən nəticələrin hesablamasında 50 % tamaşaçıların, 50 % isə münsiflər heyətinin rəyi nəzərə alınacaq.
Bu il Danimarka münsiflər heyəti son 4 ildə "Eurovision"da qalib gələn ölkələrin təmsilçilərindən ibarətdir. Bu sıraya Azərbaycanla yanaşı, Almaniya, Norveç və Rusiyadan olan ekspertlər daxildir. Danimarkanın "Eurovision" üzrə yayımçısı DR kanalı bu il ölkəni mötəbər müsabiqəsində təmsil etmək arzusunda olan 678 namizəddən mahnıları qəbul edib və 7 ən yaxşı mahnı Dansk Melodi Grand Prix festivalının finalında yarışacaq.
Qeyd edək ki, keçən il Danimarkanı "Eurovision"da \"New Tomorrow\" mahnısı ilə A Friend in London qrupu təmsil edib və 5-ci yeri tutub. Ümumiyyətlə, Danimarka "Eurovision"da 2 dəfə qalib qəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB