“Mükəmməlliyin axtarışında” adlı sərgi açılıb

“Mükəmməlliyin axtarışında” adlı sərgi açılıb

"Kiçik QalArt Gallery" salonunda Özbəkistanda müasir təsviri sənətin ilk və ən fəal tərəfdarlarından olan Aleksandr Nikolayevin "Mükəmməlliyin axtarışında" adlı sərgisi açılıb.


SİA-nın məlumatına görə, sərgidə rəssamın qarışıq texnika əsasında assamblej və kollajları, yağlı boya ilə işlənmiş əsərləri, "Yaşayış minimumu" adlı video installasiyası, "Apafeoz" videosu, Bibliya motivinə əsaslanan "Daşları toplamaq vaxtıdır", qəhrəmanı müsəlman olan "İbadət" filmləri nümayiş etdirilib.


Qeyd edək mki, sərgi gələn il martın 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə