Arif Hüseynov kitabda toplanan 29 Azərbaycan nağılına 40 illüstrasiya çəkdiyini deyib. O, bu işi öz yaradıcılığında yeni bir addım kimi qiymətləndirir: "Azərbaycanda ilk dəfədir belə bir layihə həyata keçirilir. Məncə, kitab sahəsində böyük uğurdur. Kitabda əməyi keçən, dəstəyi olan hər kəsə təşəkkür edirəm. Onu da deyim ki, nağılları bir uşaq vaxtında, bir də mən yaşda olanda oxuyurlar. İndi oxuyanda bir başqa fəlsəfə yaranır. Hesab edirəm ki, divin verdiyi "kim yatmış, kim oyaq" sualı bu gün üçün aktualdır. Kim oyaqdırsa, yaxşıdı, yatanlarsa, heç kimdən inciməsin".
Layihənin rəhbəri Leyla Əfəndiyeva açıqlamasında kitabın yaranma ideyasından danışıb: "İnternetdə "Tıq-tıq xanım", "Göyçək Fatma", "Cırtdan" və başqa nağıllarımızın erməni nağılları kimi təqdim olunduğunu gördüm. Əlbəttə ki, sinirləndim və ağlıma belə bir ideya gəldi. Sovet dövründə nağıllarımız rus, gürcü və başqa dillərə tərcümə olunurdu. Amma indi nə tərcümə olunur, nə də başqa ölkələrə çıxara bilmirik. Odur ki, belə bir layihəni gerçəkləşdirməyi düşündüm. Mədəniyyət və Turizm Nazirliyinə təklif etdim. Sağ olsunlar, dəstək verdilər. Peşəkar bir komanda yığıldı. Sonra kitabın audio versiyasını da hazırladıq".
Qeyd edək ki, Azərbaycanın ən məşhur nağılları daxil olmaqla 28 nağılın toplandığı kitabın tərcüməçiləri Yen Pert (İngiltərə) və Səadət İbrahimova, rəssamı Azərbaycanın Xalq Rəssamı Arif Hüseynov, layihənin rəhbəri isə Leyla Əfəndiyevadır. Nağılları ingilis dilində Selia Devis (İngiltərə) səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB