Türkiyənin Van şəhərində baş verən zəlzələdə zərər çəkənlərə köməklər davam edən bir vaxtda iki məşhur müğənni Ajda Pekkan və Sezen Aksu da zərərçəkənlərə yardım göstərəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin "Habertürk" qəzetinin bütün müğənnilərə "29 oktyabrda Vanda görüşək" çağırışına iki tanınmış sənətçidən cavab gəlib.
Sezen Aksu gələn həftə şəxsi həkimi ilə birlikdə Van, Ağrı və Erçişə gedəcəyini bəyan edib.
Ajda Pekkan da həmkarının hərəkətini təkrarlayacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB