Son illər teatr binalarının abadlaşdırılması ilə bağlı prezidentin sərancamına uyğun teatr binaları abadlaşdırılır, müasir üslublarda yenidən qurulur. Amma işğal altında olan rayonlarımızın paytaxtda yerləşən teatrlarında vəziyyət acınacaqlıdır. Paytaxtda iki-İrəvan və Şuşa teatrlarıdır. Artıq 24 ildir ki, Azərbaycana köç edən İrəvan dövlət teatrının taleyinə doğurdan da köçkün həyatı yaşamaq düşüb. Cəmi üç ildir ki, irəvanlılar yeni teatr binasına yerləşiblər. Və sənət adamları sənət əsərlərindən çox-çox uzaqda dayanan bu binada məşq edirlər. Uçuq tavanlar, qaranlıqda qalan tamaşa zalı, qara pərdələrlə örtülü məşq zalı.... Teatrın adını göstərən tablo da yəqin xəcalətindən bu vəziyyətə düşüb. Halbuki teatrın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident İlham Əliyev sərəncam verib. Teatrın direktoru deyir ki, teatrın aktyorlarının bina baxımıdan heç vaxt bəxtləri gətirməyib. İrəvan Dövət Dram tetarının direktoru İxtiyar Priyev bildirir ki, 1882-ci ildən bu günə qədər teatrın heç vaxt binası olmayıb: "Tarix boyu imkansız şəraitdə tamaşalar hazırlayıb. Lakin çox möhtəşəm əsərlər səhnəyə qoyulub. Buna görə də ön sıralarda gedərək Qafqazda özünə məxsus yer tutan teatrlardan biri olub. Hələ ki, tamaşaların məşqləri bu binada gedəcək. İrəvan teatrının tamaşaları əsasən bölgələrdə nümayiş olunur. Teatrın aktyorları Gürcüstan, Türkiyə, Dərbənd, İranda çıxış ediblər."Baxmayaraq ki, bəzi çətinliklər olur, ancaq təşkilati işlərlə məşğul olub həmin problemləri öncədən aradan qaldırmağa çalışırıq"
Gözəl, əsrarəngiz Şuşanın paytaxtda məskunlaşan teatrında da vəziyyət acınacaqlıdır. Binanın daxilində teatrdan başqa ev dəllalları da fəaliyyət göstərir. Məşq zalında oturmağa yer tapmaq isə müşkül məsələ idi. Teatrın direktoru Yadigar Muradov bildirdi ki, onlar 2005-ci ilə qədər Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Gənc tamaşaçılar təmirə bağlandıqdan sonra Savalan kinoteatrında fəaliyyətlərini davam etdiriblər. Qeyd edək ki, bu teatrla bağlı da prezidentin xüsusi sərəncamı var. Yadigar Muradov ümid edir ki, işğal altında olan Şuşanın aktyorlarının sənətləri belə acınacaqlı şəraitdə tapdanmaz. Çünki onların aktyorları şəraitdən asılı olmayaraq məsuliyyətlə işləyirlər: "Bəzi aktyorlarımız var ki bir çox televiziya filmlərində rol alıblar. Sadəcə həmin aktyorların bizim teatrda çalışdıqlarını bir çox insanlar bilmir. Bütün kanallarda eyni aktyorlar çıxış edirlər. Bununla yanaşı, digər teatrın aktyorları ilə mübadilə şəklində işləmək də yaxşı olar". Qeyd edək ki, Azərbaycanda 26 dövlət statuslu teatr fəaliyyət göstərir. Digər teatrlar isə müxtəlif bölgələrdə fəaliyyət göstərir.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB