AYB-yə Eurovision mahnı müsabiqəsinin keçirilməsi üçün üç yer təklif olunub
Cenevrədə keçirilən Məşvərət Qrupunun iclasında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi yer müzakirə olunub. SİA-nın məlumatına görə, iclasda müsabiqənin keçirilməsi üçün Avropa Yayımlar Birliyinə (EBU) üç yer təklif olunub.
Həmin yerlər sırasında- Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və Bayraq Meydanında inşa olunan "Kristal Palace"dır.
Mütəxəssislər isə müsabiqənin keçirilməsi üçün Heydər Əliyev adına İdman Konsert Kompleksinin çox əlverişli yer olduğunu bildiriblər. Azərbaycan tərəfi isə bu müsabiqənin yeni tikiləcək arenada keçirilməsini istəyib.
Məkanla bağlı son qərarın noyabr-dekabr ayında verilməsi nəzərdə tutulur. Məkan dəqiqləşdikdən sonra artıq "Eurovision" müsabiqəsinin yarımfinal və final biletlərinin hazırlanması prosesinə başlanılacaq.
Qeyd edək ki, növbəti Məşvərət Qrupunun iclası noyabrda reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB