“Zone Reality-2” düşərgəsinin Zaqatalada ilk günü başlayıb

“Zone Reality-2” düşərgəsinin Zaqatalada ilk günü başlayıb

"Zone Reality-2" düşərgəsinin Zaqatalada ilk günü başlayıb. Layihənin rəhbəri Güldəstə Mustafayevanın SİA-ya verdiyi məlumata görə, iştirakçılar Bakıdan dünən yola düşüb: "Yolboyu maraqlı marşrut proqramı ilə iştirakçıları təmin etdik. Bir sözlə dəqiqələrin necə keçdiyini anlaya bilmirik. Zaman çox sürətlə keçir. Bu gün artıq oyunlarımız başlayır, iştirakçılar 2 komandaya bölünüb".

Layihə rəhbəri onu da vurğulayıb ki, bir komanda da 10 iştirakçı olur. Komandanın adı "İçərişəhər", II komandanın adı "Şuşa Qalası" dır. Bu gün komanda liderləri açıqlanacaq. Noutbuk qazanmaq uğurunda komandalar hazırlıqlıdır, hətta artıq strategiyada müəyyənləşibdir. Rəqabət komandalararası yüksəkdir. Düşünürəm ki, maraqlı 7 gün keçirəcəyik".

Qeyd edək ki, qalib gələn iştirakçı "DNS Coputers"dən noutbuk, qalib komanda isə "Colgate Polmalive"dən qiymətli hədiyyələr alacaq.

Növbəti "Zone Reality- 3" sentyabrın 1-7-də bu məkanda keçirləcək. Avqust ayının 1-dən etibarən qeydiyyat başlayacaq.

"Zone Reality" düşərgəsinin informasiya dəstəyi SƏS İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə