“Zone Reality” düşərgə iştirakçılarından ibarət klub yaradılacaq
"Zone Reality" düşərgə iştirakçılarından ibarət klub yaradılacaq. Layihənin rəhbəri Güldəstə Mustafayevanın SİA-ya verdiyi məlumata görə, bu zamana kimi keçirilən Zone Reality düşərgəsində iştirak edən iştirakçılardan ibarət Zone Reality Klubu yaradılacaq.
Onun sözlərinə görə, klubun başlıca məqsədi iştirakçılar arasında əlaqəni inkişaf etdirmək və Azərbaycanda olan şirkətlərdən endirim alıb yararlanmalarına imkan yaratmaqdır: "Nəzərə alsaq ki, iştirakçılarımızın əksəriyyəti müxtəlif şirkətlərin işçiləridir, işgüzar mühit daha effektiv nəticələr verəcəyinə əminik. Zone Reality 2010-cu il iştirakçıları dostlaşdıqdan sonra iş vakansiyası yaranan kimi bir-birlərinə dəstək olublar. Bizdə bu modelin uğurlu olacağına əminik".
Klub iştirakçıları arasında əyləncə, konfrans və bir sıra proqram formasında hər bir klub iştirakçısına veriləcək deyən layihə rəhbəri: "Hər bir iştirakçı 1 illik proramla əvvəlcədən tanış olacaq və prorama uyğun işlərini planlaşdıracaq",- deyə əlavə edib.
Zone Reality -2 düşərgəsinin son qeydiyyat tarixi 20 İyuldur.
Yenidən Zone Reality layihəsi ilə gənclərin qarşısına çıxan "Flame production" "Zone Reality 2" (25-31) iyul və (1-7) sentyabr tarixlərində "Zone Reality 3" düşərgələri keçirəcək.
Əlavə məlumat üçün: www.zonereality.biz, www.sia.az saytlarına daxil olmaqla və ya 055 5936358 (Güldəstə Mustafayeva) əlaqə yarada bilərsiniz.
Layihənin informasiya dəstəyi yalnız Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB