Emin Ağalarov: \"Atam əməliyyat olunduğundan konsertimdə iştirak edə bilmədi\"
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, iş adamı Araz Ağalarov əməliyyat olunub. SİA-nın məlumatına görə, bu barədə Emin Ağalarov iyulun 7-də Bakıda "Yaşıl teatrda"da verdiyi konsertində bildirib. Atasının əməlyyat olunduğunu deyən Emin vəziyyətinin yaxşı olduğunu da diqqətə çatdırıb: \"Atam əməliyyat olunub. Bu səbəbdən də atası konsertdə iştirak edə bilmir. Hazırda atamın vəziyyəti yaxşıdır. Tez-tez səhhəti ilə bağlı həkimlərindən məlumat alıram. Bugünkü konsertdə iştirak edə bilməsə də, ürəyinin mənim yanımda olduğunu bilirəm. Çünki bu konsertin mənim üçün nə qədər əhəmiyyətli olduğunu atam bilirdi\".
Qeyd edək ki, konsertdə Eminin əzizləri, anası, bacısı və nənəsi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB