"Allahım, ayaqqabılarımı qoru" ( "God, save my shoes" ) filminin iki il davam edən çəkilişləri başa çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, qadınların qarderobunda xüsusi yer tutan ayaqqabılardan- onların qadın gözəlliyini vurğulayan vasitə olmasından, ayaqları qorumasından, eləcə də dünyadakı bütün aksessuarları geridə qoymasından bəhs edən ilk filmdir.
Bu ekran əsərinin ərsəyə gəlməsinə Nyu-York, Los-Anceles, Paris, Toronto və Milanın ən yaxşı kinematoqrafçıları cəlb olunub. Filmdə ən yaxşı ayaqqabı istehsalçıları- Kristian Lubuten, Manolo Blanik, Pyer Xardi, eləcə də Vivyen Vestvud, Brino Frisoni və Vakter Steycer kimi dizaynerlər çəkilib.
Rejissor Culi Bensar ayaqqabı kolleksiyaçılarının qarderobun bu əşyası haqqında fikirlərini öyrənib. Çəkilişlərdə məşhurlarla yanaşı, sadə qadınlar da iştirak edib. Filmin ekranlarda nümayiş olunacağı tarix hələlik dəqiq bəlli deyil. Ancaq premyeranın sentyabrda olacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB