İçəri Şəhərdə “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı başlayır
29 iyundan "Qız Qalası" İkinci Beynəlxalq İncəsənət Festivalı başlayır. Dünyanın 20 ölkəsindən gələn rəssamlar şəhərimizin rəmzi olan Qız Qalasının maketini öz milli üslublarına uyğun olaraq müxtəlif naxışlarla və rəsmlərlə bəzəyəcəklər.
Festivalla bağlı SİA-ya məlumat verən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ikinci dəfə keçirilən Festival artıq ənənə halını alıb: "Festivalın məqsədi xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasını dünyada təbliğ etməkdir. Bunun üçün festivaldan sonra üzərində rəsmlər çəkilmiş Qız Qalası maketlərini ölkəmizin regionlarında və Avropa şəhərlərində sərgiləməyi nəzərdə tutmuşuq".
Qeyd edək ki, "Qız Qalası" İkinci Beynəlxalq İncəsənət Festivalı sabah saat 14:00-da Qız Qalasının qarşısındakı meydanda baş tutacaqdır. Rəssamlar açıq havada Qız Qalası maketini tamaşaçıların gözü qarşısında sənət əsərinə çevirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB