Emin Ağalarov Londonda konsert verəcək

Emin Ağalarov Londonda konsert verəcək

Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Londonda konsert proqramı ilə çıxış edəcək. SİA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, konsert iyulun 22-də "Under the Bridge" klubunda keçiriləcək.

Qeyd edək ki, Emin iyulun 7-də də Bakıda Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcək. Konsert çərçivəsində müğənninin yeni klipinin təqdimatı da olacaq. Hər dəfə olduğu kimi, Emin bu konserti də xeyriyyə məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə