Daş Salnaməsi Muzeyində “Azerbaijan Fashion Week”in 19-cu mövsümü baş tutub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, builki mövsümün konseptual xəttini “Böyük İpək Yolunda” (On the Great Silk Road) mövzusu təşkil edib. Bu mövzu Azərbaycanın Şərqlə Qərb arasında mədəni, iqtisadi və nəqliyyat əlaqələrinin müasir mərkəzi kimi strateji baxışını əks etdirir. Konsepsiya, həmçinin nəqliyyat, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində aparılan milli təşəbbüslərlə, o cümlədən Avropa ilə Asiyanı birləşdirən əsas marşrutlardan sayılan Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlə səsləşir.
Moda həftəsinin proqramına yerli və xarici dizaynerlərin kollektiv nümayişləri, həmçinin trend müəllif dəst-xətlərinin xüsusi təqdimatları daxil olub. Podiumda 9 ölkədən moda brendlərinin nümayəndələri çıxış ediblər:
Azərbaycan – Fakhriya Khalafova, Natavan və Murad Huseyn;
Misir – Hany Elbehairy Couture;
Bəhreyn – Naseem Alandalos;
Mərakeş – WI Mode by Wafaa Idrissi;
Oman Sultanlığı – YOLAND by Tafool Abdullah;
Qazaxıstan – Malique, STUDIO4353 by Dinara Siitova, Aliya Zhuman;
Türkmənistan – Gowher Gouvernet;
Özbəkistan – Timur Tursunkulov;
Ukrayna – BF Collection by Malika Beatrishe Casual.
2025-ci il mövsümü Azərbaycanın mədəni diplomatiyasının gücləndirilməsi, yerli dizaynın təşviqi və qlobal yaradıcılıq əməkdaşlığının genişləndirilməsi yolunda növbəti mühüm addım olub.
Qeyd edək ki, bu mövsümdə AZƏRTAC “Azerbaijan Fashion Week”in media tərəfdaşı qismində çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB