Naxçıvanda mədəniyyət müəssisələri üçün musiqi alətləri alınacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Dövlət Proqramının icrası ilə bağlı nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir. Belə ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədi ilə 26 adda musiqi alətinin alınması üçün müqavilə bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə