Berlində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb. SİA xəbər verir ki, memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində daha intensiv əməkdaşlıq və film mədəniyyətinin, auditoriya inkişafının və iki ölkənin birgə film istehsalının təşviq edilməsidir.
Sənədi ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu və Moldova Milli Kino Mərkəzinin icraçı direktoru Valentina İusuphodjaev imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə ARKA-nın 75-ci Berlinaledə xüsusi pavilyonu qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə