COP29 Sədrliyi BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) qlobal yaşıl sənayeləşmə dialoqu və OPEC-in beynəlxalq seminarına qatılmaq üçün Vyanaya səfərə gedib. SİA xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu tədbirlər COP29 zamanı verilmiş öhdəliklərin ədalətli, tənzimlənmiş və bərabər enerji keçidini necə təmin edə biləcəyini müzakirə etmək üçün önəmli platforma olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə