COP29 sədrliyi Bakıda verilən vədlərin yerinə yetirilməsi istiqamətində işi davam etdirəcək - MUXTAR BABAYEV

Azərbaycanın COP29 sədrliyi bütün maraqlı tərəflərin 2035-ci ilə qədər illik 1,3 trilyon dollar iqlim maliyyələşdirməsi hədəfinə necə nail ola biləcəyini müəyyən etmək üçün "Bakıdan Belenə yol xəritəsi"ni işə salıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev COP sədrliklərinin rəhbərliyi ilə tərəflərlə "Bakıdan Belenə 1,3 trilyon dollarlıq yol xəritəsi" ilə bağlı aparılan məsləhətləşmələrdə bildirib.

"Bakıda COP29-da sözün əsl mənasında ən son dəqiqələrdə uzun müddətdir gözlənilən və əvvəlkindən üç dəfə çox olan maliyyə hədəfi barədə razılaşma əldə edilib. Ölkələr 2035-ci ilə qədər inkişaf etməkdə olan dünya üçün ildə ən azı 300 milyard dollar səfərbər etməyi öhdələrinə götürüb", - M.Babayev qeyd edib. O əlavə edib ki, bu, BMT-nin iqlim prosesi çərçivəsində indiyədək qəbul edilmiş ən böyük maliyyə hədəfidir.

Bakı İqlim Birliyi Paktının digər nailiyyətləri ilə yanaşı, bu, iqlim maliyyəsində yeni bir dövr açan tarixi nəticə oldu. Biz başa düşürük ki, hədəf hamını hər şeydə qane etmədi. Bu, çətin idi - çətin zamanlar mürəkkəb qərarlar tələb edir. Amma irəli getmək son dərəcə vacib idi", - o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə