Yəmənli Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirir

“Azərbaycan COP29 konfransını yüksək səviyyədə təşkil edib. Tədbir sadə və ən əsası rahat formatda keçir. Bütün məkanlar tam əlçatandır və könüllülərin göstərdiyi dəstək təqdirəlayiqdir. Burada hər şey çox yaxşı təşkil olunub. Hava limanından yaşayış yerlərimizə qədər hər yerdə insanların səmimiyyətini hiss etdik. Könüllülər çox qonaqpərvər və dəstəkçidirlər”.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn Yəmən hökumətinin məsləhətçisi Maha Ahmed Al-Baadani açıqlamasında söyləyib.

Yəmən nümayəndəsi COP29 tədbirindən əsas gözləntilərinin itki və zərər mövzuları üzrə daha çox maliyyələşdirmə və məlumatlılığın artırılması olduğunu vurğulayıb: “Dünya üçün kritik qərarlar gözləyirik və ümid edirik ki, sabah bu qərarlar açıqlanacaq”.

M.A.Al-Baadani Azərbaycanı ilk dəfə ziyarət etdiyini və ölkəni çox bəyəndiyini qeyd edərək gələcəkdə yenidən bura gəlməyi arzuladığını deyib. Bu, onun COP tədbirində ikinci iştirakı olsa da, Azərbaycanın təşkilatçılıq səviyyəsindən çox təsirləndiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə